rahbar.ir

İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin İraqın əziz xalqına və qeyrətli gənclərinə, şəni uca olan şəhid Rəhbərin möhtəşəm dəfn mərasimi ilə bağlı müraciətindən:

"Böyük Şeytan olan cinayətkar Amerika başa düşüb ki, onun bölgədə maneəsiz və hegemon xarakterli varlığını davam etdirməsi artıq sadəcə puç bir xəyaldır."

Bağışlayan və mehriban Allahın adı ilə

Böyük təqlid mərcələrinə, əziz alimlərə, dini hövzələrin və universitetlərin müəllimlərinə, dəyərli mütəfəkkirlərə və xüsusi istedada malik nümayəndələrə, tayfa başçılarına və qəbilə şeyxlərinə, eləcə də məzlum İraqın qeyrətli xalqına və gənclərinə salam, ehtiram və dərin təşəkkürümüzü bildiririk.

Müqəddəs ziyarətgahlarda Əhli-beytə (ə) qonşuluq və xidmət nemətinə sahib olan mömin İraq xalqı, parlaq mədəni irsi, Nəcəfi-Əşrəfin nurani və qədim elmi hövzəsinin mənəvi hidayəti, eləcə də Müqavimət Cəbhəsindəki fədakar mübarizəsi ilə, İran xalqı kimi, əzəmətli şəhid Rəhbərin qarşılanmasında dərin yanğı və böyük hüznlə dolu möhtəşəm bir qəhrəmanlıq nümayiş etdirdi.

Mövlamız Əmirəlmöminin Həzrət Əlinin (əleyhissalam) mübarək qədəmini qoyduğu gündən etibarən İraq bərəkətli bir diyara çevrildi və çox keçmədən onun xalqı böyük iftixarla o Həzrətin və pak övladlarının (əleyhimussalam) məhəbbət və vilayət boyunduruğunu öz boynuna asdı.

Zalım hökmdarların və zülmkar hakimlərin bu torpağa hakim olduqları dövrlər belə, bu xalqın qəlbindən Əhli-beytə vilayət və məhəbbət kimi saf incini heç vaxt silə bilmədi.

Müqavimət bayraqdarı (şəhid İmam Seyid Əli Xamenei)nin misilsiz və milyonlarla insanın iştirak etdiyi dəfn mərasimi İraq və İran xalqları arasında həmrəyliyin, qardaşlığın və ortaq məramın tam və parlaq təcəssümü oldu.

Heç şübhəsiz, hegemon cəbhənin başçıları qorxu içində bu möhtəşəm mərasimin İraqdakı səhnələrini izlədilər və gördülər ki, iki xalqın münasibətlərini pozmaq üçün sərf etdikləri böyük sərmayələr puça çıxıb və heç bir nəticə verməyib.

Həm İranda, həm də İraqda milyonlarla insanın mücahid şəhid İmamın (Allah Həzrətin uca məqamını daha da yüksəltsin) təntənəli vida mərasimində iştirakı, müstəmləkəçi qüvvələrin əvvəlcədən qurduqları siyasi tənlikləri dəyişdirəcək yeni bir oyanış və fəal rol dövrünün başlanğıcını qoydu.

Böyük Şeytan olan cinayətkar Amerika artıq anlayıb ki, onun bölgədə maneəsiz və hegemon şəkildə hökmranlığını davam etdirmək arzusu boş xəyaldan başqa bir şey deyil.

 

Ayətullah Seyid Müctəba Xamenei

17.07.2026