rahbar.ir

Mesaj

İnqilab Rəhbərinin 23 yaşadək yunan-Roma güləşi üzrə milli komandanın çempionluğu münasibətilə təbrik mesajı

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ABŞ-da keçirilən dünya çempionatında 23 yaşadək yunan-Roma güləşi üzrə İran milli komandasının çempionluğu münasibətilə təbrik mesajı yayımlayaraq vurğulayıblar: “Mənim xeyir-duam qürurlu İranın bütün gənclərinin yol yoldaşı olsun.”


İnqilab Rəhbərinin mesajının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə


Amerikada keçirilən "Dünyanın ümidləri" beynəlxalq yarışları çempionatında 23 yaşadək gənclər arasında yunan-Roma güləşi üzrə İran milli komandasının çempionluğu münasibətilə bu qürurverici nailiyyətə imza atan çempionları, səylə çalışan məşqçiləri və bütün İran xalqını təbrik edirəm.

Vətənimizin gənclərinin parlaq çıxışı, İran bayrağının qürurla dalğalanması və İslam Respublikasının dövlət himninin müxtəlif meydanlarda səslənməsi xalqın parlaq və əzəmətli gələcəyə doğru irəliləmək yolunda öz gənclərinə bəslədiyi ümidlərin təcəssümüdür.

Mənim xeyir-duam qürurlu İranın bütün gənclərinin yol yoldaşı olsun.



Seyid Müctəba Hüseyni Xamenei

17.10.2026



Qeyd edək ki, İranın gənclərdən ibarət yunan-Roma güləşi üzrə milli komandası Las-Veqasda keçirilən 2026-cı il dünya çempionatında parlaq çıxış edərək üç qızıl və iki bürünc medal qazanıb və dünya güləşinin zirvəsinə yüksəlib.