Əziz övladlarıma məktub:
Əziz övladlarıma məktub:

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei son aylarda ölkənin bir qrup tələbəsinin ona ünvanladığı məktublara cavabında onların gələcəyi qurmaq əzmini, iradəsini və məsuliyyət hissini Rəhbərlə gənclər arasında "Eyni əhdə sadiqliyin" bağlayıcı telləri kimi qiymətləndirib. O, elm və iman silahı ilə silahlanmağın, nəfsi saflaşdırmağın və İranın gücünü, qüdrətini artırmaq üçün daha böyük səylə çalışmağın vacibliyini vurğulayıb.
İnqilabın Ali Rəhbərinin cavabının mətni:
Onun Adıyla
Əziz övladlarım, salam!
Səmimi məhəbbətlə yazdığınız məktubları oxudum. Gənc və əzmkar tələbələr, göstərdiyiniz çoxsaylı lütflərə görə sizə təşəkkür edirəm. Üzərimdə haqqı olan hər biriniz üçün ayrıca dua edəcəyəm
Mənə məhəbbət və lütf göstərən sizin və bir çox başqa gənclərin, tələbələrin məktublarında gələcəyi qurmaq əzmi, iradəsi və məsuliyyət hissi parlayır.
Bu möhkəm əhd Həzrət Məhəmmədin (Allahın salamı və salavatı Ona və Əhli-beytinə olsun) xalis İslam məktəbindən, eləcə də böyük İmam Xomeyninin və şəhid Xameneinin (Allah onların məqamını ucaltsın) mirasından qaynaqlanan qiymətli bir əmanətdir. Bu əhd bizim bir-birimizlə bağlılığımızın, eyni əhdə sadiqliyimizin təməlidir.
Bu məqsədə çatmaq üçün özünüzü bacardığınız qədər elm və iman silahı ilə silahlandırın, nəfsinizi tərbiyə edin, Allahla ünsiyyətdə olun, Quranın və Əhli-beytin (Allahın salamı olsun Onlara) maarifini dərindən öyrənin. Daha çox çalışaraq və yeniliklər əldə edərək əziz İranın gücünü və qüdrətini artırın. Beləcə, mehriban Mövlamızın (Allah şərafətli zühurunu tezləşdirsin) duasının bərəkəti ilə eyni əhdə sadiq olan bu dəstənin İslam-İran sivilizasiyasının inkişaf zirvələrinə doğru hərəkəti daha yaxşı və daha sürətli şəkildə gerçəkləşsin. İnşallah!
Seyid Müctəba Hüseyni Xamenei
28.10.2026