rahbar.ir

Mesaj

Abadanda Zülfüqar əməliyyatının ildönümü münasibətilə mesaj

Bağışlayan və mehriban Allahın adı ilə

9 Aban – 1359-cu ildə (31 oktyabr 1980-ci il) İraqın BƏƏS rejiminin təcavüzkar qüvvələrinə qarşı İslam döyüşçülərinin qəhrəmancasına həyata keçirdiyi əməliyyatın və xalqın kütləvi səfərbərliyi nəticəsində onların Abadan adasından qovulmasının ildönümüdür. Bu hadisə Birinci tətbiq olunmuş müharibənin başlanmasından cəmi 40 gün sonra baş vermişdir.

İran xalqının səkkizillik Müqəddəs Müdafiə dövründə qazandığı ilk qələbə hesab olunan və haqqında az danışılan bu mühüm qəhrəmanlıq dastanı "Zülfüqar əməliyyatı" adlandırılmışdır. Bu hadisə bütün dövrlərdə İslami olan vətənimizə təcavüz edən düşmənlərə qarşı mübarizə aparmaq baxımından çoxsaylı dərslər ehtiva edir.

Həmin günlər İraqa xalqının etiqad və adət-ənənələri ilə uyğun münasibəti olmayan bir diktator hakimlik edirdi. Halbuki İraqın nəcib xalqının əsl mahiyyəti İran xalqı ilə qardaşlıq münasibətlərinə əsaslanır. O diktator isə bəzi şüar və əsassız iddialar irəli sürməklə, hər iki xalqın Məsum və Pak Əhli-beytə (Allahın salamı və salavatı onların hamısına olsun) bağlılıq və məhəbbət üzərində qurulmuş dərin tarixi əlaqələrini qıra biləcəyini düşünürdü.

BƏƏS düşməni də o günlər, eynilə bugünkü düşmən kimi təcavüz, işğal və mühasirə kimi ənənəvi üsullardan istifadə edirdi. Onun məkrli planına qarşı səmərəli mübarizə aparmağın və qələbə qazanmağın yolu isə xalqın və canından keçməyə hazır olan qüvvələrin ayıq-sayıqlığı, onların mərdliklə müqavimət göstərməsi, eləcə də ordu və SEPAH igidlərinin qəhrəmanlığı idi.

Həmin gün sadə və qeyrətli bir iranlı fəhlə fədakarlıq və canından keçmək bahasına xalqı düşmənin məkrli planından xəbərdar etdi. Bundan sonra həmin bölgənin bir qrup könüllü qüvvəsi və məscid əhli İlahi iman və yüksək ruhiyyə ilə və ən məhdud imkanlarla mübarizə meydanına atıldı. Onlar Abadanın mübariz və fədakar cümə imamı, əməli-saleh və şücaətli alimi mərhum Ayətullah Cəminin (Allah ona rəhmət etsin) istiqamət verməsi ilə mübarizə meydanına atılmışdılar.

Xalqın bu hərəkatı müasir silahlarla təchiz olunmuş təcavüzkar düşməni öz əməllərindən peşman etdi. Çox keçmədi ki, İran xalqının müxtəlif təbəqələri və tayfalarından ibarət böyük bir qüvvə ölkəmizin şimalından cənubuna, şərqindən qərbinə qədər İslami olan İranının sərhədlərini müdafiə etmək üçün bir araya gəldi və vahid cəbhədə birləşdi. Nəhayət, bir ildən də az müddət sonra İmamın (Allah Onun müqəddəs ruhunu şad etsin) əmri və İlahi lütf sayəsində Abadan mühasirəsinin yarılması gerçəkləşdi.

Bu gün də məhz həmin ayıq-sayıqlıq və iman, həmin ruh yüksəkliyi və iradə, həmin fədakarlıq və canından keçməyə hazır olmaq, həmin qeyrət və müqavimət Böyük Şeytanın hegemonluğuna, cinayətlərinə və təcavüzünə qarşı mübarizədə, üçüncü tətbiq olunmuş müharibədə qələbəyə çatmaqda məzlum, lakin qüdrətli İran xalqına yardım edir. Bütün bunlar Uca Allahın inayəti və Ağamızın (Allah Onun şərafətli zühurunu tezləşdirsin) diqqəti sayəsindədir.

"Qələbə yalnız yenilməz və hikmət sahibi olan Allah tərəfindəndir".

Seyid Müctəba Hüseyni Xamenei

31.10.2026