rahbar.ir

Xəbər

İnqilab Rəhbərinin on yaşlı məktəblinin məktubuna səmimi cavabı

Bir müddət əvvəl Tehranda yaşayan on yaşlı məktəbli Əlirza Bəxşi İrəc 14 sentyabr 2026-cı il tarixində İnqilab Rəhbərinə səmimi bir məktub yazıb. O, məktubunda Rəhbərə olan sevgisini və onun tövsiyələrinə görə minnətdarlığını ifadə etməklə yanaşı, təşəkkür əlaməti olaraq və İslam döyüşçülərinə yardım məqsədilə ona bir hədiyyə də təqdim edib.


Məktəblinin məktubunun mətni belədir:

Allahın adı ilə

Salam, Ağa!

Mən Əlirza Bəxşiyəm.
On yaşım var və Tehranda yaşayıram.

Düzünü desəm, bilmirəm, məktubum sizə çatacaq, ya yox. Kaş ki, sizinlə yaxından söhbət edə biləydim.

Düzünü desəm, bizə istiqamət verdiyinizə görə sizə çox borcluyuq.

Bu pulu da sizə təşəkkür etmək və İslam döyüşçülərinə yardım göstərmək üçün göndərirəm.

Sizinlə görüşmək arzusu ilə!

Əlirza Bəxşi İrəc

14 sentyabr 2026

Qeyd: Ad gününüzü gec də olsa, təbrik edirəm.

Bu məktub İnqilab Rəhbərinə çatıb. Ayətullah Seyid Müctəba Xamenei də məktəblinin bu səmimi münasibətinə cavab olaraq ona bir məktub yazıb və qarşılığında özü də ona hədiyyə göndərib.

İnqilab Rəhbərinin cavab məktubunun mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Əziz dostum cənab Əlirza Bəxşi!

Salam, Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!

Səmimi diqqətinizə və mehriban münasibətinizə görə sizə təşəkkür edirəm. Əslində, bu aciz bəndənin ad günü Esfənd (mart) ayındadır. Mən də sizin bu alicənablığınızın qarşılığında, dəyəri az da olsa, sizə bir hədiyyə təqdim edirəm. Ailə üzvlərinizə mənim salamımı çatdırın.

Seyid Müctəba Xamenei

11 oktyabr 2026

Qeyd: Xəttiniz çox oxunaqlıdır.