rahbar.ir

Mesaj

İnqilab Rəhbərinin Ayətullah əl-Üzma Vəhid Xorasaninin vəfatı münasibətilə başsağlığı mesajı

İnqilab Rəhbərinin Ayətullah əl-Üzma Vəhid Xorasaninin vəfatı münasibətilə göndərdiyi başsağlığı mesajında onu elmi hövzədə fiqh və üsul elminin tədrisinin əsas sütunlarından biri kimi təqdim edib.


Ayətullah Seyid Müctəba Xameneinin mesajının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Elmi hövzənin böyük ustadı Ayətullah əl-Üzma Vəhid Xorasaninin vəfatı xəbəri bizə çatdı. O böyük şəxs elmi hövzədə fiqh və üsul elminin tədrisinin əsas sütunlarından biri hesab olunurdu. Onun son onilliklər ərzində hər gün keçirdiyi iki dərs məclisi elmi hövzənin ən əsas dərs məclilərindən sayılırdı. Bu dərslərdə onun öz tədqiqatlarının dərinliyi ilə yanaşı Nəcəfi-əşrəf elmi hövzəsinin son dövrlərdə yaşamış ən görkəmli alimlərindən bəzilərinin görüşlərinə ciddi, dərindən və haqqını yerinə yetirərək yanaşması, eləcə də həmin görüşləri dərindən mənimsəməsi aydın şəkildə əks olunurdu. Bu xüsusiyyətlər böyük ustadın aydın, sistemli və möhkəm ifadə tərzi ilə yanaşı olduğundan hər dərs elm öyrənmək və fəzilət qazanmaq istəyənlər üçün faydalı və dəyərli bir saata çevrilirdi.

Bu gün Qum elmi hövzəsində, eləcə də ölkənin digər elmi hövzələrində fəaliyyət göstərən müəllimlərin və alimlərin böyük bir qismi, həmçinin müxtəlif şəhərlərdəki ruhani şəxslər öz elmi fəaliyyətlərinin keçmişində o böyük ustadın dərslərində iştirak etmək şərəfini qeyd edirlər. Hamı onun sözlərində və davranışında məsumların (Allahın salamı və salavatı Onlara olsun) müqəddəs zatlarına bağlılığın səmimi və bariz təzahürünü təqdirlə yad edir. Şübhəsiz ki, o şəxs şəriət və məzhəb yolunda göstərdiyi uzunmüddətli və davamlı səyləri ilə mömin cəmiyyətinin və elmi hövzələrin üzərində böyük haqq qazanmışdır. Hamı bu haqqı unutmamalı və ona görə şükür etməlidir.

Mən bu ağır müsibət münasibətilə başsağlığımı Ağamızın (Allah şərafətli zühurunu tezləşdirsin), elmi hövzələrə, bütün möminlərə və xüsusilə də onun möhtərəm ailəsinə çatdırır, Uca Allahdan o böyük şəxs üçün yüksək məqamlar diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei

17.11.2026