rahbar.ir

İnqilabın Ali Rəhbərinin nümayəndələrinin Ayətullah Nuri Həmədaniyə baş çəkməsi

Bu gün günorta saatlarında İslam İnqilabının Ali Rəhbərinin adından bir nümayəndə heyəti xəstəxanada Həzrət Ayətullah Nuri Həmədaniyə baş çəkib.

Höccətü-İslam vəl-müslimin Rəhimia­n, Məhəmmədi İraqi, Məhəmmədian və Hacı Əli Əkbəri bu gün günorta saatlarında Tehrandakı xəstəxanalardan birinə gedərək İslam İnqilabının Ali Rəhbərinin Həzrət Ayətullah Nuri Həmədaniyə salamlarını çatdırıblar. Onlar, həmçinin böyük təqlid mərcələrindən olan bu alimin müalicəsinin son vəziyyəti ilə maraqlanıblar.

İslam İnqilabı Rəhbərinin nümayəndələri Həzrət Ayətullah Nuri Həmədaniyə tezliklə şəfa tapmasını arzulayaraq, elmi hövzələrin yaxın zamanda yenidən bu möhtərəm böyük alimin elmi fəzilətlərindən bəhrələnəcəyinə ümidvar olduqlarını bildiriblər.

gallery item aytullah_seyid_muctba_xamenei_-_20261007_1.jpg
gallery item aytullah_seyid_muctba_xamenei_-_20261007_2.jpg
gallery item aytullah_seyid_muctba_xamenei_-_20261007_3.jpg
gallery item aytullah_seyid_muctba_xamenei_-_20261007_5.jpg